Sehrli pencək | Dino Buzatti

Yaxşı geyinməyi xoşlasam da adətən başqalarının geyimlərinin düzgün tikilib-tikilmədiyinə o qədər fikir vermirəm. Amma bir axşam, bir ziyafət zamanı Milanda bir evdə tanıdığım, qırx yaşlarında görünən bir kişi paltarının sadə gözəlliyi ilə tam mənada çevrəsinə işıq saçırdı.
Kim olduğunu bilmirdim, ilk dəfəydi qarşılaşırdım,tanış edildiyimiz zaman bu vəziyyətlərdə həmişə olduğu kimi adının mənasını başa düşə bilməmişdim.Amma gecə boyunca bir ara yan-yana düşdük və bir az danışdıq. Seçkin, mədəni bir insana bənzəyirdi, amma yenə də bir kədərlə çevrələnmişdi. Bəlkə də ölçüsüz bir yaxınlıqla- Tanrı qüsurumu bağışlasın- onun platarını öydüm və dərzisinin kim olduğunu belə soruşdum.
Adamın üzündə, bu sualı gözləyirmiş kimi qəribə gülümsəmə yarandı. «Demək olar ki, heç kim tanımır,»-dedi, «amma usta bir dərzidir.Ürəyi istəyəndə işləyir.Üç-beş müştərisindən başqa heç kimə tikməz..»
— Görəsən mənə də?..."
Davamı →

Şirniyyat mağazasında qarət | İtalo Kalvino

Diribaş təyin olunmuş yerə gəlib çıxanda o birilər onu artıq gözləyirdilər. İki nəfərdilər: İsabala və Becid. Ətrafda elə sakitlik idi ki, küçədən evdəki saatların zəng səsləri eşidilirdi: budur, iki zəng, — səhər açılana qalmamaqdan ötrü tələsmək lazım idi.
— Getdik, — deyə Diribaş söylədi.
— Haradadı? — deyə yoldaşları soruşdu.
Diribaş görəcəyi «işi» əvvəlcədən açıb danışanlardan deyildi.
  — Yaxşı, getdik, — deyə o təkrar etdi.
Onlar çaylaqlara bənzər boş küçələrlə, tramvay yolunun dəmir relsləri ilə onları müşayiət edən ay işığında dinməzcə addımlayırdılar. Diribaş bir an belə sakit dayanmayan sarı gözlərini ətrafa gəzdirərək daima nəyisə qoxulayırmış kimi, burun dəliklərini oynada-oynada irəlidə gedirdi.
Davamı →